EN

BMT Azərbaycanın COP29-da sədrliyini aktiv şəkildə dəstəkləyir - Vladanka Andreyeva

BMT Azərbaycanın COP29-da sədrliyini aktiv şəkildə dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"BMT-nin ölkə üzrə Azərbaycanın COP29-a sədrliyini aktiv şəkildə dəstəkləyir və biz bu konfransın sadəcə uğurlu olmasını deyil, həm də hədəflərə çatmağa və fəaliyyətin aktivləşməsinə imkan yaratmasını istəyirik. İqlim böhranının aktuallığını qiymətləndirmək çətindir. İqlim dəyişmələri ilə mübarizə üçün bütün qüvvələrimizi səfərbər etməliyik", - o deyib.

Onun sözlərinə görə, özəl sektor iqlim dəyişmələri ilə mübarizədə əsas rol oynayır.

"Tarixən belə formalaşıb ki, iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsinə görə məsuliyyətin böyük hissəsi hökumətlərin və beynəlxalq təşkilatların üzərinə düşüb, lakin fikrimcə, biznesin və özəl sektorun mühüm dəyişikliklər etmək üçün nəinki imkanlara, həm də maliyyə stimullarına malik olduğu getdikcə daha aydın olur. Özəl sektor resurslara misilsiz çıxış imkanına və innovativ imkanlara malikdir.

Onun qabaqcıl texnologiyası, istedadlı işçi qüvvəsi var. Özəl sektor ekoloji cəhətdən təmiz innovasiyalar sahəsində öncül ola bilər. Özəl sektor bərpa olunan enerji mənbələrindən istifadə texnologiyalarından kənd təsərrüfatının dayanıqlı idarə olunması metodlarına qədər karbon emissiyalarını əhəmiyyətli dərəcədə azalda biləcək innovasiyalara investisiya yatıra və onları tətbiq edə bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Chosen
207
50
ekologiya.az

10Sources