EN

May ayında qar yağan RAYONLAR 

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Referans.az.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

 

Düşən yağıntının miqdarı Qəbələdə 42 mm, Astarada 26 mm, Qaxda 22 mm, Qobustanda 21 mm, Oğuzda 20 mm, Şəkidə 16 mm, Şamaxıda 15 mm, Daşkəsən, Qusarda 14 mm, Şahdağda 13 mm, Zaqatalada 12 mm, Biləsuvarda 12 mm, Qrızda 11 mm, İsmayıllı, Qubada 9 mm, Sabirabad, Lənkəranda 8 mm, Lerik, Yardımlı, Xaltan, Kürdəmir, Göygöl, Balakən, Mingəçevir, Neftçala, Altıağac, Bərdə, Tərtər, Zərdab, İmişli, Ağdam, Şahbuz, Beyləqan, Yevlax, Ağstafa, Ağsu, Şabran, Gədəbəy, Naftalan, Gəncə, Şəmkirdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.


Qar örtüyünün hündürdüyü Şahdağda 5 sm, Qaxda 2 sm olub.

 

Mayın 17-də saat 23:14 radələrində Şəkidə (Kişçay) diametri 25 mm, mayın 18-də saat 02:00 radələrində Zaqatala rayonu Torpaqqala kəndinə isə diametri 25-30 mm dolu düşüb. Goranboy, Naftalan, Tərtər, Şamaxı, Göyçay, Qrız, Lerikdə duman müşahidə olunub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12, dağlıq rayonlarda 2-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

Chosen
299
49
referans.az

10Sources