EN

Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qəbələdə 42, Astarada 26, Qaxda 22, Qobustanda 21, Oğuzda 20, Şəkidə 16, Şamaxıda 15, Daşkəsən, Qusarda 14, Şahdağda 13, Zaqatalada 12, Biləsuvarda 12, Qrızda 11, İsmayıllı, Qubada 9, Sabirabad, Lənkəranda 8, Lerik, Yardımlı, Xaltan, Kürdəmir, Göygöl, Balakən, Mingəçevir, Neftçala, Altıağac, Bərdə, Tərtər, Zərdab, İmişli, Ağdam, Şahbuz, Beyləqan, Yevlax, Ağstafa, Ağsu, Şabran, Gədəbəy, Naftalan, Gəncə, Şəmkirdə 7 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib.

Mayın 17-də saat 23:14 radələrində Şəkidə (Kişçay) diametri 25, mayın 18-də saat 02:00 radələrində Zaqatala rayonu Torpaqqala kəndinə diametri 25-30, Əliabad kəndinə isə diametri 15 millimetr olan dolu düşüb.

Goranboy, Naftalan, Tərtər, Şamaxı, Göyçay, Qrız, Lerikdə duman müşahidə edilib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 12°, dağlıq rayonlarda 2-5° isti, yüksək dağlıq ərazilərdə isə 7°-dək şaxta olub.


Chosen
443
49
news24.az

10Sources