Rusiya 2022-ci ildə olduğu kimi Kiyevə böyük hücum həyata keçirə bilməyəcək. Bunun üçün onun gücü çatmır.
“İki sahil” xəbər verir ki, bu fikri “Amerikanın səsi”nə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.
Zelenski Rusiyanın Xarkov vilayətinə hücumu ilə bağlı vəziyyəti şərh edərkən deyib: “Rusiya qoşunları Xarkov şəhərinə hücum etmək istəyir. Onlar bunun çox çətin olacağını başa düşürlər. Bilirlər ki, bizim uzun müddət mübarizə aparacaq qüvvələrimiz var”.
Zelenski, həmçinin qeyd edib ki, Rusiyanın paytaxta genişmiqyaslı hücum həyata keçirməsi üçün kifayət qədər qüvvəsi yoxdur.
Prezident Volodimir Zelenski vurğulayıb ki, Ukrayna və onun Qərb müttəfiqləri zəiflik nümayiş etdirməməlidir. O, tərəfdaşlarını Xarkov vilayəti üzərində səmanı qorumaq üçün “Patriot” hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə çağırıb.