EN

Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."

İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.

Publika.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə əraziyə yaxın kəndlərdə yaşayan hadisə şahidləri məlumat veriblər

Onlar bildiriblər ki, qəzadan bir saat əvvəl ərazidən səslər eşidiblər.

Qəza bölgəsinə PUA və axtarış-xilasetmə itləri də daxil olmaqla 20-dən çox yardım qrupu göndərilib.

Axtarış işlərinə kömək etmək üçün bölgəyə silahlı qüvvələrdən xüsusi təyinatlılar da göndərilib.

Əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işlərinin vaxt apara biləcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45833
6
publika.az

7Sources