EN

Mədəniyyət siyasətiFransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Emil Səlimovun fərdi sərgisi keçirilib.

"Report"un yerli bürosu bildirir ki, bu, E.Səlimovun səhnə sənətinə və teatr aləminə həsr etdiyi əsərlərindən ibarət ikinci fərdi sərgisidir.

Səhnələşdirdiyi tamaşaların bütün dekorasiyasını özü ərsəyə çatdıran teatr ustası bu gün yaradıcılığını səhnə sənətinin sirrlərini əks etdirən rəsm əsərlərinə həsr edib.

E.Səlimov 1956-cı ildə Bakıda anadan olub. O, bir müddət Ukraynada yaşayıb, sonra isə Fransaya köçüb. E.Səlimov uzun müddət Parisdə səhnə rejissoru kimi fəaliyyət göstərib.

Chosen
200
2
far.az

10Sources