EN

İranda növbəti 50 gün ərzində növbədənkənar prezident seçkiləri keçiriləcək

İranda növbəti 50 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

AZXEBER.COM xəbər verir ki, bunu İran parlamentinin daxili işlər komitəsinin sədri Məhəmməd Saleh Cokar deyib.

\"Qanuna görə, 14-cü prezident seçkiləri yaxın 50 gün ərzində keçirilməlidir, seçildikdən sonra yeni prezident yeni Nazirlər Kabinetini təsdiq üçün parlamentə təqdim edəcək\", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Mələk Rəhməti və Təbrizin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, qəza nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.
Chosen
199
50
azxeber.com

10Sources