Rusiya İran Prezidenti İbrahim Rəisinin ölümünün təhqiqatına kömək edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov deyib.
Nikonov qeyd edib ki, helikopterin tapılmasında yardımını təklif edən Rusiya təbii ki, təhqiqata da kömək edəcək:
“Mütəxəssislərimiz bu tip halların araşdırılmasında kifayət qədər yaxşı təcrübəyə malikdirlər”.
Parlamentari bildirib ki, Rəisinin olduğu helikopterin qəzaya uğrama şəraiti ilə bağlı dərin araşdırma aparılacaq.