"Bizdə serial, film sektoru çox zəifdir. Ortaya yaxşı işlər çox az gəlir. Filmə yaxşı pul ayırmaq lazımdır. Maşallah, yaxşı aktyorlarımız, rejissorlarımız və ssenaristlərimiz var. Ayrılan pul vaxtında yerinə çatarsa, layihə yaxşı olar".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Xəzər axşamı" verilişində deyib.
O, film və serial sektorundakı keyfiyyətsizliyin səbəbini isə belə izah edib:
"Yaxşı aktyor gününə 250-300 manat istəyir. Onlar da deyirlər ki, bu qədər büdcəmiz yoxdur. 30-50 manata başqa yerdə işləyən, peşəkar olmayan insanı gətirirlər və buna görə də keyfiyyət olmur. Çox heyif ki, film sektorunda olanlar heç nə qazanmır. Teatrda heç olmasa bilirik ki, aylıq məvacimiz var. Oradan təcrübə və çox şey qazanırıq. Amma kino və efirlər üçün isə biz ancaq xərcləyirik".
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun