2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gemlik limanı 4 milyon 45 min 234 ton yük qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən 427 min 612 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 617 min 622 ton yük daşınıb. "2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gemlik limanından 7 milyon 894 min 792 ton tranzit yük aşırılıb", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.
"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub", - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb. Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib", - deyə məlumatda qeyd edilib. Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.