Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan İsrailin Qəzzada törətdiyi soyqırıma görə israilin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallantın həbsinə order verib.
KONKRET.az xəbər verir ki, oktyabrın 7-dən Qəzzada insanları ayrı-seçkilik etmədən qətlə yetirən baş nazir Netanyahu və onun tərəfdarı müdafiə naziri Yoav Gallanta qarşı verilən qərar ABŞ-ni da narahat edib.
Senator Qrem Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı BCM-nin qərarı ilə bağlı açıqlama verib.
Bu qərardan məmnun olmadığını ifadə edən Qrem vurğulayıb ki, əgər bu gün belə bir qərar İsraillə bağlı qəbul edilirsə, növbədə bizik:
“Ümid edirəm ki, biz bu rüsvayçılığa görə sanksiya tətbiq edəcəyik, təkcə İsraildəki dostlarımıza kömək etmək üçün deyil, həm də gələcəkdə özümüzü qorumaq üçün”.
Qeyd edək ki, BCM-nin baş prokuroru Kerim Xan mayın 20-də Netanyahu və müdafiə naziri Gallanta qarşı həbs orderi üçün müraciət etdiyini açıqlayıb.
Natiq Səlim,
KONKRET.az