EN

İranda vəziyyət dəyişdi: Rəisinin terror qurbanı olduğu iddiasının arxasında nə dayanır? 

İranın Qum əyalətinin başçısı Məhəmməd Ağamiri deyib: “İran Prezidenti İbrahim Rəisinin ölümü qəsdən hazırlana bilər”.

Ağamiri ölkənin məhkəmə və təhlükəsizlik qurumlarını hadisəni araşdırmağa səsləyib. “Bəlkə də bu hadisə təkcə hava şəraiti ilə bağlı deyil. Bunu araşdırın!”, – deyə Qum əyalətinin başçısı vurğulayıb.

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sədrəddin Soltan deyib ki, İbrahim Rəsinin ölümü ilə nəticələnən qəza əlverişsiz hava şəraiti ilə bağlı olsa da fərqli versiya və ehtimallar da var:

“Misal üçün, ən sadə versiya helikopterin istehsal tarixinin köhnə olması və texniki problemdir. Bundan başqa hava şəraitinin əlverişsiz olması və bu barədə öncədən məlumat verilməməsi də ciddi bir nüansdır.
Hadisə sonrası deyilən versiyalardan biri də hakimiyyət daxili çəkişmənin olmasıdır. Müasir İran tarixinə baxdıqda rəqiblərin terror yolu ilə sıradan çıxarılması təcrübəsi, nümunəsi var. Bundan başqa, təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması məsələsi də gündəmə gəlir.

 
İbrahim Rəisi prezident olmadan öncə İran inqilabının ən sərt müdafiəçilərindən biri kimi tanınıb. Bu istiqamətdə bir çox şəxsin edamında birbaşa icraçı olub. Bu da ciddi bir detaldır.

Hesab edirəm, hadisənin araşdırılması ilə yanaşı bir sıra qüvvələrə qarşı repressiyalar başlayacaq. Bu məsələ hakimiyyətə repressiyaları gücləndirmək üçün əsas verəcək”.   

Chosen
268
50
referans.az

10Sources