EN

“Kaledoniyaya böyük ziyan dəyib” – Makron

“Yeni Kaledoniyada (Fransanın Sakit Okeanda dənizaşırı ərazisi – red.) iğtişaşlar böyük ziyana səbəb olub”.

KONKRET.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Fransa hakimiyyəti ziyanı kompensasiya etmək üçün yardım fondu yaratmaq niyyətindədir.

“Bu missiyasının vəzifələrindən biri öz miqyasına görə çox böyük olan zərərin qiymətləndirilməsidir. Prioritet təcili yardım göstərmək, maaşların ödənilməsi və maliyyə vəziyyətinin yüngülləşdirilməsi olacaq”, – Makron bildirib.

Chosen
124
4
konkret.az

10Sources