Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.
İdman.biz xəbər verir ki, komanda qazaxıstanlı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Titorenko ilə 1 illik müqavilə imzalayıb.
Qazaxıstan milli komandasının məşqçilər korpusunda yer alan mütəxəssis ötən mövsümü ölkəsində “Jetysu” klubunda çalışıb.
"Gəncə" yeni mövsümün hazırlığını davam etdirir.
İdman.biz