Müğənni Murad Arif Heydər Əliyev Sarayında “Hitmaker” adlı konsert verib.
OLAY yazır ki, rəqqaslarla və xüsusi şou ilə səhnəyə çıxan ifaçı Əməkdar artist Lalə Məmmədova, müğənni Dilarə Kazımovayla duetlərini səsləndirib.
O, Əməkdar artist Sevda Ələkbərzadə ilə “Superstar” adlı yeni mahnısını ilk dəfə konsertdə təqdim edib.
Arif konsert zamanı ailəsinə, dostlarına və tamaşaçılara təşəkkürünü bildirib. Gecə səhnə şouları, canlı ifalar və rəqqasların şouları ilə davam edib. Murad gecəboyu müxtəlif kostyumlarda tamaşaçıların qarşısına çıxıb.
Gecədə müğənninin izləməyə gələnlər arasında Xalq artistləri Murad Dadaşov, Zülfiyyə Xanbabayeva, “Liatris Holdinq”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva, aparıcılar Kamilə Babayeva, Leyla Quliyeva, Könül Arifqızı, müğənnilər Nura Suri, İlhamə Qasımova və başqaları olub.
FOTO: Soltan İbrahimov/Teymur Məmmədov
VİDEO: Soltan İbrahimov