EN

Yığmamızın müdafiəçisi “qırmızı” aldı, böyük hesabla uduzdular

Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” səfərdə “Ulsan”la qarşılaşıb və 1:4 hesabıyla məğlub olub.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

“Daejeon” hazırda 11 xalla sonuncu pillədə qərarlaşıb.

Chosen
151
1
sportinfo.az

10Sources