Aktual.az-ın məlumatına görə, bu barədə Britaniyanın "The Daily Telegraph” qəzeti Vaşinqton və Brüsseldəki mənbələrə istinadən yazıb.
Nəşr bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskidən NATO-nun iyul sammitindən əvvəl alyansın sürətlə genişlənməsini müdafiə edən ölkələrə əlavə təzyiq göstərməməsi xahiş olunub. Böyük Britaniya, Litva və Fransanın yekun sənədində Kiyevə ünvanlanmalı olan "dəvət” sözünün olmasında israr etdikləri bildirilir.
Sammitdə Ukraynanın alyansa qoşulması üçün son tarix müəyyən edilməsə də, Kiyevə bu məqsədə çatmaq üçün marşrut təklif ediləcək ki, bu da bu təşəbbüsün davamlı dəstəyini vurğulamaq məqsədi daşıyır.
Məlumatlı diplomat nəşrə deyib: "Bu dəvət deyil, lakin təklif oluna biləcəyin ən yaxşısıdır”.