Alimlər insanın psixi sağlamlığını gücləndirə biləcək 5 vərdişi təqdim ediblər. Bunlar: gündəlik cədvələ riayət etmək, strateji planlaşdırma vərdişi, sağlam həyat tərzi, başqa insanlarla daimi ünsiyyət, pozitiv düşüncə. Sağlam və pozitiv düşüncə, yaxşı psixi sağlamlığın vacib göstəricilərindən biridir. Bu o deməkdir ki, insan özü və dünya haqqında real təsəvvürlərə malik olmalı, bu anlayışlara hörmətlə yanaşmalıdır. Sağlam həyat tərzi sağlam qida istehlakını, düzgün yuxu rejimini və daimi fiziki fəaliyyəti nəzərdə tutur. Bütün bunlar insanda məmnunluq, sevinc və həyata müsbət münasibət formalaşdırır. Vətəninfo.az xəbər verir ki, fiziki fəaliyyət həm də müəyyən biokimyəvi proseslərə səbəb olur ki, bu da əlverişli psixoloji vəziyyətin formalaşmasına kömək edir.
Mütəxəssislərin fikrincə, günün cədvəlinə sahib olmaq və strateji plan qurmaq bacarığı, rifahı yaxşılaşdırmağa, həyat keyfiyyətini artırmağa, depressiya ilə mübarizə aparmağa və ya onun qarşısını almağa, həmçinin narahat əhval-ruhiyyəni azaltmağa kömək edə bilər. Daimi və canlı təmaslar insanda sabit və sağlam psixi vəziyyətə kömək edir. Ünsiyyət emosional və zehni dəstək almağa, fiziki təmasların tələbatını ödəməyə imkan verir.