EN

Azərbaycan Paşinyana necə kömək edə bilər?

 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına 1-2 ay qalıb. Belə bir vəziyyətdə Rusiya, İran dəstəkli Kilsə müxalifəti Nikol Paşinyanı devirmək istəyir. Aydın məsələdir ki, əsas məqsəd Sülh müqaviləsinin vasitəçisiz, Azərbaycanın üstün şərtləri ilə imzalanmasına imkan verməməkdir.

Bəs sülh müqaviləsi naminə Azərbaycan Paşinyana necə kömək edə bilər? Kömək etməlidirmi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Nikol Paşinyanın devrilməsi və hərbi xuntanın Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycanın maraqlarına cavab vermir. Bu, müharibə demək olacaq. Şübhəsiz ki, Azərbaycan müharibədən qorxub çəkinmir. Biz məsələlərimizi zatən həll etmişik və Paşinyan da reallıqları artıq anlayır, “tarixi Ermənistan”ı real Ermənistandan ayırır, Azərbaycanla sülh əldə etmək istəyir. Ona görə də əlbəttə ki, onun devrilməsi bizim maraqlara cavab vermir. Bu baxımdan biz sülh istəyən qüvvənin Ermənistanda hakimiyyətdə qalmasının tərəfdarıyıq:

elxan214.jpg

“Nikol Paşinyanın əlini gücləndirmək üçün Azərbaycanın nələr edə biləcəyinə gəlincə, məsələn, Ermənistan cəmiyyətinə ardıcıl mesajlar göndərilə bilər ki, əgər Paşinyan devrilsə, hakimiyyətə xunta gəlsə və Azərbaycanla sıfırdan danışmaq istəsələr bu, birmənalı şəkildə müharibə demək olacaq və Ermənistan xalqı yenidən böyük itkilər verəcək. Bu, həm insan itkiləri olacaq, həm ərazi itkiləri olacaq. Bunu artıq Azərbaycan Prezidenti Xocalıda ötən həftə, əslində, bəyan edib. Paşinyanın devrilməsi erməni xalqına yeni bəlalar gətirəcək. Bunu erməni cəmiyyətinə davamlı çatdırmalıyıq. Bundan başqa düşünürəm ki, sülh sazişinin imzalanmasından sonra Ermənistanın qoşula biləcəyi böyük layihələr və gəlir əldə edəcəyi layihələrin də Azərbaycan adlarını çəkərək erməni cəmiyyətinə mesaj verməlidir. Ermənistan Azərbaycandan qaz ala bilər, regional layihələrə qoşula bilərlər. Həmçinin Türkiyə ilə sərhədlərin açılacağı bəllidir. Bu məsələləri də daim gündəmdə saxlamaqla erməni cəmiyyətində Paşinyana dəstəyin artmasını təşviq etmiş olarıq”.

Musavat.com 

Chosen
204
1
musavat.com

10Sources