EN

Günün qoroskopu: Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın » AzadMedia.az



Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - müəyyən mövzunu başa vuraraq təcili həllini tələb edən məsələ ilə məşğul olun. Yeni işə başlamaq, sərmayə yatırmaq, danışıqlar aparmaq olar.
Borcun qaytarılmasına, vədlərin yetirinə yetirilməsinə xüsusi diqqət verin. Tərəfdaşın pul verməsi, ödəniş və ya perspektivdə gəlirlərin artımını təmin edəcək informasiyanın alınması mümkündür.

Yaşam arealınızda qayda yaradın.
Şəxsi münasibətlər müstəvisində sərinləşmə yaşanacaq. Soyuqluğun artmasına imkan verməyin, səmimi olun.

Axşam saatlarında istirahət edin.

Buğa - işlərin, xüsusilə də kiçik işlərin sayı artır. Praktik olun, amma yaradıcılıq ideyaları fəaliyyətinizdən xali olmasın.
Təfərrüatlara fikir verin, kiçik saydığınız ünsürləri bitirin. Məşğul olduğunuz işi mükəmməl yerinə yetirin.

Ailə üzvlərinə diqqət və qayğınızı ayırın. Onlar sizdən dəstək istəyirlər.
Ev işlərini unutmayın.

Günün ikinci yarısında həssas və soyuqqanlı olun.

Əkizlər - bu günün işini sabaha saxlamayın. Sabah sizi qəfil problemlər və maneələr gözləyə bilər. Bu gün isə işlər nəzarət altındadır. Hətta bir qədər artıq, çox işləyin, sabahın işlərinin bir qismini bu gün görün.

İntuisiyanıza güvənin. Bu gün dəyişikliklərlə bağlı siqnalları həssaslıqla qəbul edin. Çalışdığınız insanlardan bəzilərinin şəxsi məziyyətlərini dəyərləndirmək imkanı yaranır.

Bundan sonra da əməkdaşlıq etmək fikrində olduğunuz şəxsi müşahidə edin.
Axşam saatlarında etiraf, emosional açıqlama, çoxdan bəri yığılmış hisslərin izharına tələbat yarana bilər. Əldə edə bilmədiyiniz bəzi məqamlar sizdə qıcıq və paxıllıq yaratmasın.

Axşam saatları tələblər irəli sürmək, narazılıq bildirmək üçün yaxşı zaman deyil.

Xərçəng - qüvvə və imkanlarınız yenilənəcək, əhvalınız yaxşılaşacaq, işdə təşəbbüskarlıq peyda olacaq.
Anlaşma və sövdələşmə, danışıqlar aparmaq, alış-veriş etmək üçün əlverişli gündür. Səhhətinizin qeydinə qalın.

Tibbi diaqnostika, sağlamlıq prosedurları düşərlidir.
İşdə detallara, xırdalıqlara, prosedurlara xüsusi diqqət yetirin. Sənədləşdirmə, yazışma, dostlarla görüş istisna deyil.

Şayiələr və dedi-qodular problem yarada bilər. Sizə qarşı pis münasibətdə olan insanlarla ünsiyyətdən çəkinin.

Plan və uğurlarınızı geniş müzakirə etməyin, daha çox başqalarına qulaq asın.

Şir - iş qrafikinizi daha sıx edin. Səfər, görüş, estetik fəaliyyət növü ilə məşğul olmaq mümkündür.

Faydalı işgüzar tanışlıqlar, yeni əlaqələrin yaradılması və köhnə təmasların bərpası üçün yaxşı gündür. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın, onların verdiyi dəstəkdən imtina etməyin.

Müqavilə və anlaşma imzalamaq, yeni sifariş və ya işini qəbul etmək, hüquq və əmlak məsələlərini həll etmək olar.
İmkan varsa, alış-veriş üçün əlverişli vaxtdır.

Axşam saatlarını maraqlı keçirin.
Qonaq getmək, sevdiyiniz insanlardan birinə hədiyyə vermək olar.

Qız - gün olayların harmonik uyğunlaşması ilə başlanır. Mühüm planlardan birini reallaşdırın.

Kreativ bacarıqlarınızı nümayiş etdirin, yaşamınızın məqamları arasında yenilənmə aparın. İşgüzar bacarıqlarınızı göstərin. Daha maraqlı nəticə əldə etmək üçün aksentləri dəyişin.

Şəxsi məsələləri həll etmək üçün uğurlu vaxtdır. Romantik olursunuz. Rəğbət bəslədiyiniz insanın maraqlarını təmin etməyə cəhd göstərin.

Axşam saatlarında dincəlin. Aktiv istirahəti seçin.

Tərəzi - maraqlarınız kollektivin və ya qrupun mənafelərinə uyğun gəlməyə bilər. Tələsməyin.

Geriyə addım atmaq, güzəştə getmək, iddialar və tələblərdə inadkarlıq etməmək olar. Unutmayın ki, əsl qəhrəmanlar maneənin yanından keçirlər. Bəzi məqsədlərə məhz bu minvalla çatmaq olar.

Cazibədar ideyanın əsarətinə düşə bilərsiniz. İdeya sizə mənfəət vəd edir. Yeni intriqa və hətta yeni, gizli düşmən peyda olacaq.

Tərəzinin gözləri titrəyir. Qarşılaşdığınız çətin məsələnin həllində təcrübəsi olan və sizə yardım edə biləcək insanla məsləhətləşin.

İmicə dəyişikliklər və alış-veriş üçün əlverişli gündür.

Əqrəb - görüş, toplantı, danışıqlar üçün uğurlu gündür. Yeni ideyalar və planlar perspektivlidir. İşlərdən birinə artıq indi başlamaq olar.

Heç bir məhdudiyyət yoxdur. Aktiv olun, təşəbbüskar və məntiqli davranın.
Yeni tanışlıqlar uğurlu olacaq. Səfərə və ya səyahətə yollanmaq olar.

İmici dəyişə bilərsiniz. Asudə vaxtınızı sizinlə həmfikir olan, statusca yaxın insnalarla keçirin.

Axşam saatlarında yeni informasiya, təəsürat və ideyalar istisna deyil.

Oxatan - işdə və şəxsi munasibətlərdə yenilənməyə səbəb ola biləcək ən kiçik şansdan da istifadə edin. Yeni əlaqələr yaradın, danışıqlar aparın, tərəfdaşlarla zəngləşin və yazışın.

Aktualdırsa, yeni mövzuya və ya işə başlayın. İstənilən işə yaradıcı yanaşın, eksperiment edin. Başqasının təcrübəsindən yararlanın, yeni biliklər əldə edin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Rəğbət bəslədiyiniz insanla vaxt keçirmək imkanını əldən verməyin.
Ailəlisinizsə, uşaqlara daha çox diqqət yetirin.

Oğlaq - borcu qaytarın, öhdəliyi yerinə yetirin. Spontan tələbat yaranacaq, şəraitdən istifadə edin.

Yaxın vaxtlarda həyata keçirmək istədiyiniz layihə, görmək istədiyiz iş, reallaşdırmaq niyyətinə düşdüyünüz sifarişin ilkin mərhələsi başlayır.

Situasiya birmənalı deyil. Yaşananların hamısının məğzini anlamağa çalışmayın. Bəzi detallar səthidir və onları asanlıqla görəcəksiniz. Daxili gərginlik və tələbat səviyyəsini bir qədər aşağı salın.

Səhhətinizə daha çox fikir verin. Fiziki təmrinlərlə məşğul olun. Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - dəyişikliklər yoluna qədəm qoyubsunuz. Perspektivlərinizlə bağlı xəbərlər alacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizin ideya və layihələrinizi dəstəkləyəcəklər.

Kiçik problemləri hələlik arxa plana çəkin. Seçim imkanlarınızı artıracaq şərtlər aydınlaşır. Amma unutmayın ki, belə situasiya uzun müddət davam etməyəcək.

Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın.
Söhbətlərdən həzz almaqla yanaşı, yaşananlardan real mənfəət əldə edin.

Balıqlar - ayın ən yaxşı günlərindən biridir. Təşəbbüskar olmağa ehiyac yoxdur: şans özü sizə xəbər verəcək. Maddi mükafat, hədiyyə, maaşın artırılması və s. kimi xoş hadisə ola bilər.

Şəxsi münasibətlər müstəvisində dönüş anıdır. Rəğbətin izharı, xoş söz, həssaslıq və diqqət münasibətlərdə pozitiv rol oynamaqla yanaşı, maraqlarınızın təminatına xidmət edir.

Ailə tədbiri, bayram, ad günü və ya səfər uğurla başa çatacaq.
Alış-verişdə qəflətən gərəkli əşyanı görərək alacaqsınız.
Chosen
242
7
azadmedia.az

5Sources