EN

Rusiya XİN: İsveçrə neytral statusunu itirib

Rusiya əleyhinə sanksiyalara qoşulan və Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə razılaşan İsveçrə neytral statusunu itirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

Miroşnik qeyd edib ki, İsveçrə hakimiyyəti münaqişədə iştirak etdiyini göstərib və hansı tərəf olduğunu təsdiqləyib. Ona görə də İsveçrənin neytrallığı və qərəzsizliyindən danışmağa ehtiyac yoxdur.

Diplomat vurğulayıb ki, Bern Ukrayna ilə bağlı sammit keçirməklə öz öhdəliklərinə sadiq olduğunu nümayiş etdirib. Miroşnik sammiti “təbliğat şababaşı” adlandırıb və bunun münaqişənin həllinə gətirib çıxarmayacağını bildirib.

Chosen
263
21
banker.az

10Sources