EN

SosialBiri direktor olmaqla 15 nəfər işdən çıxarıldı

SİZİN REKLAM BURADA!055 213 76 73

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru vəzifəsindən azad edilib.

Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.

Bildirilib ki, aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib. 

Eyni zamanda bildirilib ki, hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.

BAKU.WS

Chosen
170
49
far.az

10Sources