Kolumbiya Prezidenti Qustavo Petro bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanın Kolumbiyadakı səfirliyinin nüma-yəndəsi Namik Ramazanov COP29-da iştirakla bağlı Prezident Qustavo Petroya ünvanlanmış dəvət məktubunun əslinin bir neçə gün öncə səfirimiz tərəfindən Prezidentin İnzibati Departamentinin müdirinə təqdim edildiyini bildirib.
Dövlət başçısı dəvətə görə minnətdarlığını ifadə edib, COP29-da iştirak məqsədilə Bakıda olacaqlarını vurğulayıb.
XQ