EN

Aktiv qalan VİRUSLAR - Əvvəllər öldürməyən xəstəliklər niyə indi öldürür?

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı Bizim.Media-ya müsahibəsində əvvəllər öldürməyən xəstəliklərin indi öldürdüyünü bildirib. ÜST rəsmisinin bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirələr və narahatlıq yaradıb. 
 
Bəs, səbəblər nədir, niyə immunitetimiz zəifləyib?
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı danışıb. 
 
Ekspert bildirib ki, koronavirus pandemiyasından sonra epidemioloji vəziyyət gözümüzün önündə dəyişir:
 
“Ayrı-ayrı infeksiyon xəstəliklərin fəallaşması, qızılcanın vüsət alması, göy öskürək, qrip kimi infeksiyaların aktivləşməsi demək olar ki, hər kəsi xəstələndirdi. Koronavirusun “Omikron” ştammının mutasiya variantları davam edir. Bəzi ştammlar çox ağır soyuqdəymə törədir. İndiyə kimi bu xəstələr var. Həmçinin virusdan ölüm halları da müşahidə edilir. Baxmayaraq ki, pandemiya bitib. Bütün bunlar epidemioloji vəziyyəti dəyişir.
 
Yeni-yeni xəstəliklərin əmələ gəlməsini müşahidə edirik. Pandemiya immunsistemdə çox ciddi təlatümlər yaradıb. Bu, orqanizmin xəstəliklərlə mübarizə imkanlarını aşağı salır, xərçənglə mübarizə sisteminə ciddi təsir edib.
 
Bütün bunlar müxtəlif xəstəliklərin yayılmasına gətirib çıxarır.
 
Həmin xəstəliklər zəifləmiş orqanizmdə ağırlaşmalar və letal nəticələrlə (ölümlə) özünü büruzə verir. Fikrimcə, koronavirusun son nəticələrinin araşdırılması üçün hələ tezdir. Bununla bağlı çox ciddi araşdırmalar gedir”.
Chosen
97
1
moderator.az

10Sources