EN

Azərbaycan XİN Pakistanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Qardaş Pakistanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu, beynəlxalq ictimaiyyətin Pakistanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfəsinə inamını nümayiş etdirir”, - məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
129
24
iqtisadiyyat.az

10Sources