ABŞ dövlət katibinin köməkçisi Ermənistana gedəcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen iyunun 10-12-də Ermənistana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə günü Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, o, Ermənistan rəhbərliyinin nümayəndələri ilə görüşəcək və ikitərəfli əməkdaşlıq, həmçinin, İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə edəcək.