Abşeronda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Ölkə.az-a verilən xəbərə görə, Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyən olunaraq saxlanılıb.