EN

Azərbaycanlı rəssam Avropanın Şərəf Ordeni ilə təltif olundu

Azərbaycanlı rəssam Nəcməddin Hüseynov daha bir uğura imza atıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, N.Hüseynov “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Avropanın Şərəf Ordeni ilə təltif olunub.

Orden rəssama Almaniyanın Hamburq şəhərində təqdim edilib.

Qeyd edək ki, N.Hüseynov “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (Akademiki).

O, 1955-ci ildə Qazax rayonunda anadan olub. Rəssamın yaratdığı sənət natürmort parçalardan, Pikassonun izlərini aydın şəkildə daşıyan portretlərdən ibarətdir. Onun natürmortuna meyvələr, butulkalar, vazalar və bəzi mənzərə əsərləri daxildir.

Rəssam həmçinin, Beynəlxalq Müasir Incəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısıdır.


Telegram kanalımız
Chosen
111
9
yenisabah.az

10Sources