Albalı ağacından yıxılan Lerik sakini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
APA - nın cənub bürosunun verdiyi məlumata görə hadisə axşam saatlarında Lerik şəhəri ərazisində baş verib. Lerik şəhər sakini 1980 - cı il təvəllüdlü Razi Şirvan oğlu Ramazanov albalı dərmək və ağacdakı yarpaqları təmizləmək üçün ağaca çıxıb.
O, ehtiyatsızlıqdan ağacdan üzü üstə yerə çırpılıb. R.Ramazanov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona kəllə beyin travması, hər iki qolun mil sümüyünün tipik yerdəyişən sınığı, çənə sınığı, hər iki gözün hematomiyası diaqnozu qoyublar. Xəstənin vəziyyətinə uyğun olaraq müalicəsi reansimasiya şöbəsində davam etdirilir.
9Sources
-
milli.azAğacdan yıxılan Lerik sakini ağır xəsarətlər aldı ( 7414441)
-
manset.azAğacdan yıxılan Lerik sakini ağır xəsarətlər aldı ( 7411936)
-
redaktor.azLerik sakini albalı ağacından yıxıldı, vəziyyəti ağırdır ( 7411750)
-
demokrat.azLerik sakini albalı ağacından yıxılıb, vəziyyəti ağırdır ( 7411738)
-
konkret.azLerik sakini albalı ağacından yıxıldı, vəziyyəti ağırdır ( 7411522)
-
qafqazinfo.azAğacdan yıxılan Lerik sakini ağır xəsarətlər aldı ( 7411495)
-
cebheinfo.azLerik sakini albalı ağacından yıxılıb: vəziyyəti ağırdır ( 7411372)
-
bizim.mediaLerik sakini albalı ağacından yıxılıb, vəziyyəti ağırdır ( 7411336)
-
apa.azLerik sakini albalı ağacından yıxılıb, vəziyyəti ağırdır ( 7411090)