EN

Fizulinin yeni siması göz oxşayır ŞƏRH

44 günlük Qarabağ müharibəsi zamanı tarixə düşən ən əhəmiyyətli döyüşlərdən biri Azərbaycanın cənub-şərq cəbhəsində baş vermiş Fizuli əməliyyatıdır. Bu qələbənin qazanılmasında Azərbaycan Ordusunun , xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu.Prezident cənab İlham Əliyevin həm şəxsiyyət, həm də dövlət başçısı kimi böyüklüyü ondadır ki, sadə vətəndaşlarla bir arada olur, onların ən kövrək anlarında belə duyğulanır. Bu ölkə başçımızın öz xalqını nə qədər ürəkdən sevdiyinin nümunəsidir. Prezidentimiz xalqımızın kədərli günündə də, şad günündə də onlarla birlikdə olur. Torpaqlarımız işğal altında olan zaman Prezident cənab İlham Əliyev keçmiş məcburi köçkünlərimizi tez-tez ziyarət edirdi və nəyin bahasına olursa olsun öz torpaqlarımızı qaytaracağımızı bildirirdi. Ölkə başçımız artıq işğaldan azad edilmiş torpaqlarımızda həmin şəhər və kəndlərimizin sakinləri ilə görüşür.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev cari ilin 17 oktyabr tarixində "Füzuli şəhəri günü"ndə Füzuli şəhərinə köçürülmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu görüş səmimi söhbətlərlə yadda qaldı. Cənab prezidenti xalqı seviclə qarşılayıb, xoş gəlmişsiniz söylədilər. Prezident İlham Əliyev: Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.Çox sevindirici haldır ki, yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə Vətən və torpaq uğrunda canlarından, qanlarından belə keçməyə hazırdılar.İndi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, ümumiyyətlə hər şey nəzərə alınıb.Cənab prezident bildirdi ki, “Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq”.Bu gün Füzuli tamamilə yenidən qurulur. Artıq bu əraziyə 800-dən çox insan artıq yerləşib. Dёvlət başçımız bildirib ki, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu.ARZU ƏLİYEVAYAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Chosen
322
sesqazeti.az

1Sources