EN

Yeni qərar Azərbaycandan ora səyahət edənlərin xərcini, sığorta şirkətlərinin isə gəlirini artıracaq » AzadMedia.az


Gürcüstanın qəbul etdiyi yeni qərar Azərbaycandan ora səyahət edənlərin xərcini, sığorta şirkətlərinin isə gəlirini artıracaq.

İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. Sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək. Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.

Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.
Chosen
119
1
azadmedia.az

2Sources