EN

Anasını və bacısını öldürən şəxs cəzasının yenə də azaldılmasını tələb edir

Bakıda anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 12-nə təyin edilib.
 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 

 

O, cəzasının yüngülləşdirilməsini istəyir. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Murad Niftizadənin cəzasını 18 ilə endirilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 5 ilini həbsxanada, cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
 

Qeyd: Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
 

İttiham aktına əsasən, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.
 

Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
 

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub. 

 

Kamal Məmmədov

Tarix: 10 İyun 2024, 08:52   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
pravda.az

1Sources