EN

Emmanuel Makron növbədənkənar seçki TƏYİN ETDİ

Fransa Prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkisi təyin edib.

 

Sfera.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.

 

"Növbədənkənar parlament seçkisi təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də olacaq", - prezident televiziya ilə fransızlara müraciətində deyib.

 

Qeyd edək ki, sonuncu dəfə aşağı palata 1997-ci ildə Prezident Jak Şirak tərəfindən buraxılıb.

 

Firuzə Əliyeva

Chosen
142
50
sfera.az

10Sources