Bərdə şəhəri ərazisindən avtomobil qaçıran şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, iyunun 9-da Bərdə şəhəri ərazisindən “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Şəmilov saxlanılıb.
Araşdırma aparılır.