EN

S&P-dən dollar/manat məzənnəsinə dair proqnoz

Azərbaycanda xarici valyuta bazarına mütəmadi “intervensiyalar” ilə milli valyuta manatın ABŞ dollarına nisbətdə de-fakto məzənnəsini 1 dollar üçün 1.7 manat səviyyəsində saxlanılacağı proqnozlaşdırılır.

Banker.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi qeyd edib.

Buna baxmayaraq, karbohidrogen qiymətləri (neft-qaz) kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verən kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə “düzəliş” etdirməyi düşünülə bilər.Agentlik onu da vurğulayıb ki, pul siyasətinin effektivliyi məhdud olaraq qalır, AMB-nin məhdud əməliyyat müstəqilliyi, valyuta bazarına ciddi intervensiya və yerli valyuta kapital bazarlarının zəif inkişaf etməsi ilə məhdudlaşır.

Qeyd edək ki, 2017-ci ilin martından bu tərəfə dollar/manat cütlüyünün rəsmi məzənnəsi 1.7 səviyyəsində sabit qalıb. Mərkəzi Bank bunun idxal olunan inflyasiyaya neytrallaşdırıcı təsir etdiyini və maliyyə bazarında sabitliyi nin təminatçısı kimi baxır.

Agentlik bildirir ki, yerli əmanətlərin dollarlaşması son illərdə nəzərəçarpacaq dərəcədə azalaraq pandemiyadan əvvəlki payı 55%-dən 2024-cü ilin aprelində 37%-ə düşüb.

“Hesab edirik ki, sabit məzənnə fonunda milli valyutada əmanətlər üzrə orta faiz dərəcəsinin 8.4%, xarici valyutada olan əmanətlər üzrə 2.5% ilə müqayisədə xeyli yüksək olması və neftin büdcədən yuxarı qiymətlərinin əlverişli olması manat əmanətlərinin cəlbediciliyini artırıb” -deyə, bildirilir.

Bununla belə reytinq agentliyi hesab edirik ki, manatın məzənnəsinə təzyiqin aşağı düşməsi ssenarisində yerli sakinlər inflyasiya və valyuta risklərini hedcinq etmək üçün tez bir zamanda yenidən dollarlaşdıra bilərlər.

2028-Cİ İLƏ QƏDƏR…

Digər tərəfdən isə manatın məzənnəsini dəstəkləyən əsas indiqator olan cari əməliyyatlar hesabının 2028-ci ilə qədər profisitli olmasını proqnoz edir. S&P-nin proqnozuna görə, bu il CƏH profisiti ÜDM-in 10.3%-ni, 2025-ci ildə 6.9%-ni, 2026-cı ildə 5.7%-ni, 2027-ci ildə isə 4.6%-ni təşkil edəcək.

Reytinq agentliyi həmçinin, ticarət balansının ÜDM-ə nisbətini bu il üzrə 17%, 2025-ci il üzrə 14.3%, 2026-cı il üzrə 13.2%, 2027-ci ildə isə 12.2% proqnozlaşdırıb.

Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən 2023-cü ildə CƏH-in profisi ÜDM-in 11.5%-i həcmində, yəni 8 milyard 329.4 milyon ABŞ dolları həcmində olub. AMB sədri Taleh Kazımov isə 2024-cü ilin sonuna CƏH-in profisitinin 7 mlrd. dollar, 2025-ci ildə isə 6.5 mlrd. dollar səviyyəsinə olacağını açıqlayıb.

Chosen
216
33
banker.az

10Sources