EN

Azyaşlı çipsdən zəhərlənərək ölüb? - Foto+Yenilənib

Azərbaycanda azyaşlı uşağın çipsdən zəhərlənərək öldüyü bildirilir.

Bu barədə Lent.az sosial şəbəkələrə istinadən məlumat yayıb.

İddia olunur ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlı çips yeyərək zəhərlənib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır:

“Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək”.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirildi ki, hadisə ilə bağlı TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət daxil olmayıb.


Chosen
153
6
qafqazinfo.az

10Sources