Bakı, 10 iyun, AZƏRTAC
Müəllimlər üçün təkrar sertifikatlaşdırma prosesinin iyunun 8-də təşkil edilmiş test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Müraciətlər iyunun 13-ü saat 11:00-dək qəbul olunacaq.
Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.