EN

Zlatko Daliç Xorvatiya yığmasının AÇ-2024-də hədəfini açıqladı

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç bildirib ki, AÇ-2024-də milli komandanın ilk hədəfi ələmə mərhələsinə yüksəlməkdir.

Arena.az Xorvat Futbol İttifaqının (HNS) mətbuat xidmətinə istinadən, xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz qrupumuzdan çıxmağa ümid edirik, buna oyunbaoyun gedəcəyik. Yarışda qalib gəlməyə gəlincə, AÇ-2024-dəki komandaların əksəriyyəti indi bu çempionluğu qazanmağa qadirdirlər. Ancaq heç bir şey bizə təzyiq göstərmir. Biz təvazökarıq və bizə təqdim ediləcəkləri sakitcə gözləyirik. Komandamıza inanıram. İstedadlı və veteranlardan ibarət komandamız var ki, bu da məni nikbin düşünməyə sövq edir. Biz nə etdiyimizi bilirik”, deyə Zlatko Daliç vurğulayıb.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində baş tutacaq.

Xorvatiya yığması mötəbər yarışda “B” qrupunda İtaliya, İspaniya və Albaniya yığmaları ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
192
arena.az

1Sources