Xəbər verdiyimiz kimi, Qobustanda Turqut adlı azyaşlı uşaq çipsidən zəhərlənərək vəfat edib.
Bununla bağlı azyaşlının babası Ağayar kişi ilkin olaraq News365.az-a açıqlama verib.
Açıqlamada qeyd olunur ki, İyunun 8-i axşamı saat 10 radələrində valideyninin yanında vəziyyəti pisləşən uşaq ilk olaraq təcili yardıma, daha sonra Bakıya-“semoşka”ya göndərilib. “Semoşko”xəstəni qəbul etmədiyi üçün Respublika Klinik Xəstəxanasına göndərilib. Lakin, klinikaya yatızdırılan uşaq 2 saat ərzində vəfat edib.
Babasının qeyd etdiyinə görə, beş yaşlı uşaq saat 7-8 radələrində marketdən aldığı çipsini yedikdən sonra başqa heç nə yeməyib:
“Nəvəm təqribən 2-3 saat Respublikanskidə yatıb. Rəhmətə getməzdən əvvəl ondan qan analizi götürülüb. Zəhərlənmə olduğuyla bağlı isə hələ xəstəxanadan heç nə deyilməyib. Ayın 9-u saat 1-2 radələrində analiz cavablarını götürməyimizi istəmişdilər. amma biz hələ analizin cavablarını götürməmişik.
Qeyd etmək lazımdır ki, xəstədən götürülən qan analizinin cavabı hələdə açıqlanmayıb.