İyunun 11-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədrisin digər dildə aparıldığı bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi ilə bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.
Bu barədə AZƏRTC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Vətəndaşlar birinci sinfə elektron qeydiyyatla bağlı yaranan suallarını paylaşımın şərh bölməsində yaza bilərlər.
Mövzu ilə əlaqədar suallar BŞTİ-nin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.
Canlı yayımı BŞTİ-nin rəsmi feysbuk səhifəsində izləmək mümkün olacaq.
Mənbə: AZƏRTAC