Bakı və Qahirə əlaqələri yeni inkişaf müstəvisinə qədəm qoyub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Çoxtərəfli əlaqələrin gündəliyində olan əsas məsələlərin müzakirəsi məqsədilə cənab İlham Əliyevin və Misir prezidenti Əbdülfəttah əs-Sisinin görüşləri tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.
Xatırlamaq yerinə düşər ki, müstəqil Azərbaycan ən ağır illərini yaşadığı zaman Ulu öndər Heydər Əliyevin Bakıya gəlişi və xalqın təkidi ilə prezident seçilməsindən sonra ölkəmizin xarici müstəvidə əlaqələri ən yeni inkişaf dövrünə qədəm qoymuşdur. Şəksiz Ümummilli liderimizin uzaqgörən siyasəti və təşəbbüsü ilə 1994-cü ilin yanvarında Azərbaycanın Qahirədəki səfərbərliyi açılmasıda yeni əlaqələrə zəmin yaratmış oldu.
Danılmaz həqiqətdir ki, cənab İlham Əliyevin rəsmi səfəri zamanı imzalanan – (“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”) birgə əməkdaşlıq sənədləri ikitərəfli inkişafın perpektivliyini müəyyənləşdirmişdir.
Eləcə də görüş zamanı İlham Əliyevin İsrail-Fələstin münasibətlərinə bildirdiyi qəti mövqe və Əbdülfəttah əs-Sisinin bu ilin noyabrında keçiriləcək COP29 tədbirinin prioritetliyinə toxunması və öz ölkərində keçirilən COP27 tədbirini qeyd etməsi mühüm bir hadisə kimi ikitərəfli uğurların əldə edilməsini şərtləndirir.
Tam əminliklə söyləyə bilərəm ki, bütün bunlar onu göstərir ki, hazırda Bakı-Qahirə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük imkan var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm zəmin yaradır.
Sənan Hüseynov
Nəsimi rayon gənci, ADNSU II kurs tələbəsi