EN

Türkiyə ilin sonuna qədər inflyasiyanın 75,4%-dən 38%-ə düşəcəyini bildirib

Türkiyədə inflyasiyanın azalması iyunda başlayıb.

Marja.az xəbər verir ki, Respublikanın vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, inflyasiya ilin sonuna may ayındakı 75,4%-dən 38%-ə, 2026-cı ilə qədər isə 10%-dən aşağı düşəcək.

"İnflyasiya ilə mübarizə üçün keçid dövründə müəyyən addımlar atmışıq. Onun azalması may ayından sonra başlayacaq, sonrakı aylarda da davam edəcək və ilin sonunda inflyasiya 38%-ə düşəcək. 2026-cı il üçün inflyasiya hədəfini müəyyən etmişik: 10%-dən aşağı düşcək, o zaman təkrəqəmli inflyasiyaya nail olacağıq", - Yılmaz NTV -də deyib.

Türkiyənin Maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, respublika iqtisadiyyatı üçün ən pis dövr arxada qalıb və iyun ayında deinflyasiya prosesinə daxil olur. 

Chosen
149
7
marja.az

10Sources