EN

Bakıda həmyerlisini öldürən əcnəbi ilə Ali Məhkəməyə müraciət etdi

Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 14-nə təyin edilib.
 

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
 

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari ilin İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəmnində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. O, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 

Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 11 İyun 2024, 09:16   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
143
pravda.az

1Sources