Qocalar evində baxıcı 3 ahıla işgəncə etdi -VİDEO
Türkiyədə qocalar evində ahıllara işgəncə edilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qocalar evinin əməkdaşı xəstələrə qarşı zorakılıq tətbiq etdiyi məlum olub.
Baxıcının 3 qocaya şiddət göstərdiyi görüntülər mobil telefonun kamerasına əks olunub. Qocalar evinin pəncərəsindən xəstə ilə baxıcı arasında baş verənlər mobil telefonun kamerasına əks olunub. Kadrlarda baxıcının xəstəni yatızdırarkən qışqıraraq onu vurduğu görünür.
İstanbul Ailə və Sosial Xidmətlər Nazirliyi hadisə ilə bağlı məhkəmə və inzibati işlərə başlanıldığını açıqlayıb. Həmin şəxs məhkəmə qərarı ilə həbs edilib.