Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təliminin ikinci mərhələsi başlayıb.
"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlim zamanı Rusiya Federasiyası və Belarus Respublikası silahlı qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi üzrə birgə hazırlığı məsələləri işlənəcək", - deyə qeyd olunub.
Təlim Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Baş Qərargahın rəhbərliyi altında keçirilir.