Bakı, 11 iyun, AZƏRTAC
“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr güclü şəkildə inkişaf edir. Qeyd etməliyəm ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin 2020-ci ildə Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verdi. Səfər iki ölkə arasında mühüm razılaşmaların əldə edilməsi ilə nəticələndi”.
AZƏRTAC xəbər verir ki, bunu BƏƏ-nin hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Al Rumi Bakıda “Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumu”nda çıxış edərkən deyib.
Nazir imzalanmış sazişlərin hazırda uğurla həyata keçirildiyini qeyd edib: “Məqsədimiz Azərbaycan ilə BƏƏ xalqlarının gələcək rifahı naminə hazırlığı gücləndirməkdir.
Azərbaycanın bu ilin noyabrında COP29 tədbirinə ev sahibliyi etməsini alqışlayıram. Hesab edirəm ki, COP29 Azərbaycanın səyləri ilə tarixə çevriləcək”.