EN

“Batya Vasmoyski” yerli mətbuatı İTTİHAM ETDİ - "Məni çörəyimdən elədilər"

Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğu bildirilən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması bir neçə gün əvvəl böyük rezonansla yerli KİV səhifələrində işıqlandırıldı. Nəticədə Bəxtiyar Ağaməmmədovu işə götürmüş marşrut xəttini istismar edən “Çinar Trans” MMC ondan imtina etməli oldu.

Dia-az.İnfo-nun xəbərinə görə, Bəxtiyar Ağaməmmədovla bağlı cəza tədbiri də görülüb və o təkcə işini itirməyib, eyni zamanda ona 10 sutkalıq həbs cəzası da kəsilib.

Qeyd edək kİ, bütün bu baş verənlərlə bağlı “Batya Vasmoyski” tanınmış videobloger Nail Kəmərlinin kanalında danışaraq özünün incikliyini, mətbuatın yazması səbəbindən çörəksiz qaldığını ifadə edib.

Daha ətraflı aşağıdakı videoda:



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources