Bəzi telefonlar enerji doldurarkən 80%-də qala bilər.
İndex.az xəbər verir ki, xüsusilə “iPhone” istifadəçiləri bu vəziyyətlə tez-tez qarşılaşırlar.
Əksər istifadəçilər üçün bezdirici olsa da, əslində cihazınızı qorumaq üçün edilir.
Li-ion batareyaları daim tam doldurulduqda, batareyanın sağlamlığı pisləşə bilər. Bu səbəbdən li-ion batareyalı bəzi telefonlara əlavə edilən xüsusiyyət sayəsində şarj səviyyəsi 80-90% səviyyəsində dayandırılır.
Telefonunuzun enerji yığarkən 80%-də qalmasının başqa bir səbəbi şarjı optimallaşdıran proqramdır. Məsələn, telefonunuzu bir gecədə doldursanız, o, 80%-ə çatana qədər tez doldura bilər və səhərə qədər qalan 20%-ni yavaş-yavaş doldura bilər.
Xüsusilə telefonunuzu enerji ilə doldurarkən istifadə edirsinizsə, onun isindiyini görmüsünüz. Bu isinmə batareyanın ömrünü azaldır. Bunu dayandırmaq üçün telefonunuz şarjı dayandıra və ya sürətini azalda bilər.
Bir sözlə, telefonunuzun şarjını 80% səviyyəsində saxlamaq batareyanı qorumaq üçün görülən bir tədbirdir. Ancaq bu vəziyyəti bəyənməsəniz, onu parametrlərdən söndürə bilərsiniz.