Nazirlik Bakıda mühafizəçinin məktəblini döyməsi ilə bağlı araşdırmalara başladı
"İyunun 7-də paytaxtın Səbail rayonunda məktəblərdən birinin texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər araşdırılır".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.
O qeyd edib ki, məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb:
"E.Məmmədov öz izahatında bildirib ki, məktəbin idman zalının pəncərəsindən şagirdin çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısının bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir".