Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə qalma müddətini keçmiş əcnəbi vətəndaşların miqrasiya axtarışı üçün yeni mexanizm hazırlayıblar.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova məlumat verib.
O qeyd edib ki, ölkəyə giriş-çıxışla bağlı qanun layihəsi artıq hökumətə təqdim olunub. Kazakovanın sözlərinə görə, bu sənəd “təhlükəsizliyə” yönəlib.
“Bu, əslində bir növ miqrasiya axtarışıdır”, - deyə Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi yekunlaşdırıb.
Miri